Barselonada İspaniya çempionatının 36-cı turu çərçivəsində keçirilən Barselona derbisi öncəsi avtomobil yerli “Espanyol” futbol klubunun azarkeşlərinin üzərinə sürüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Marca” yazıb. Bir neçə azarkeş yüngül xəsarət alsa da, ciddi xəsarətlərin qarşısını almaq mümkün olub.
Hazırda həkimlər zərərçəkənlərə yardım göstərirlər.
Sürücü saxlanılıb. Hazırda polis sürücünün idarəetməni itirməsi və qəzanın baş verməsi ehtimalını araşdırır. Terror aktı və ya hücum hal-hazırda nəzərdən keçirilmir.
"Espanyol" - "Barselona" matçı saat 22:30-da başlayıb. "Barselona" qalib gəlsə, finişə iki tur qalmış İspaniya çempionu olacaq.
Oyundan əvvəl şəhərdə komandaların azarkeşləri arasında kiçik toqquşmalar qeydə alınıb.