Ana səhifə
18 Sentyabr 2018

UEFA Serblərin 3 xalını sildi

UEFA Avro-2016-nın seçmə mərhələsi çərçivəsində yarımçıq qalan Serbiya-Albaniya oyunu ilə bağlı qərar qəbul edib. Ucnoqta.azın xarici KİV-ə istinadən verdiyi məlumata əsasən, bu görüşün nəticəsi üzrə Albaniyaya texniki məğlubiyyət (0:3) verilib və hər iki ölkə federasiyası 100 min avro cərimələnib.

 

Bundan başqa, Serbiyanın qrupdakı 3 xalı silinib və komanda qarşıdakı iki oyunu azarkeşsiz keçirəcək.

Xatırladaq ki, ötən çərşənbə axşamı keçirilmiş oyunun birinci hissəsində siyasi bannerin bağlanıldığı uzaqdan idarə edilən pilotsuz aparat meydançaya buraxılmışdı. Bannerin üzərində Serbiyadan ayrılan Kosovanın da əhatə olunduğu xəritənin yer aldığı Albaniya bayrağı təsvir olunmuşdu. Serbiyalı futbolçu Stefan Mitroviç banneri tutaraq yerə saldıqdan sonra iki komandanın oyunçuları və nümayəndələri arasında dava düşmüşdü. Oyunun hakimi isə oyunu yarımçıq dayandırmışdı. Bunadək matçda hesab açılmamışdı.

 

Tarix
24 Oktyabr 2014 [17:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin