Ana səhifə
24 Sentyabr 2018

Ukraynada 4 azərbaycanlı deputatlığa namizəddir

Ukraynada yaşayan azərbaycanlılar oktyabrın 26-da Ali Radaya keçiriləcək növbədənkənar parlament seçkilərinə hazırlaşırlar.

 

Ucnoqta.azxəbər verir ki, Ukrayna Mərkəzi Seçki Komissiyasının qeydə aldığı namizədlər siyahısında 1-i proporsional, 3-ü majoritar sistemdə olmaqla 4 azərbaycanlı yer alıb. Həmin namizədlər barədə qısa məlumat təqdim edirik.

Eduard Bağırov 215 saylı (Kiyevin Desyansk və Dnepropetrovsk rayonlarının bir hissəsini əhatə edir) seçki dairəsindən majoritar qaydada deputatlığa namizəddir. O, 1968-ci il sentyabrın 18-də Bakı şəhərində andan olub. “Ukrayna vətəndaşlarının hüquqlarının müdafiəsi” beynəlxalq liqasının sədridir. Eduard Bağırov müstəqil namizəddir.

Zaur Abbasov 28 saylı (Dnepropetrovsk) seçki dairəsindən Ali Rada deputatlığına namizəddir. O, 1958-ci il avqustun 30-da Gəncə şəhərində anadan olub. Ukrayna “Xalq” Partiyası tərəfindən majoritar sistemlə deputatlığa namizəddir. Bundan öncə, Zaur Abbasov 2 dəfə - 1994 və 2002-ci illərdə Radaya deputatlığa namizəd olub.

Hicran Abdullayev 172 saylı (Xarkov) seçki dairəsindən majoritar qaydada deputatlığa namizəddir. O, 1964-cü il sentyabrın 30-da Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub. “Xarkov vilayətində fəaliyyət göstərən “Musiqi məbədi” ictimai təşkilatının sədridir. Hicran Abdullayev müstəqil namizəddir. Maraqlıdır ki, azərbaycanlı namizədin deputat mandatı uğrunda rəqiblərindən biri 1989-cu il ildə Azərbaycanda - Dağlıq Qarabağın Ağdərə rayonunda andan olan və “Ukrayna Sol Qüvvələr Bloku”nun majoritar sistemlə namizədliyini irəli sürən Arsen Qasparyan olacaq.

Ukrayna Azərbaycanlıları Konqresinin rəhbəri Rövşən Tağıyev də proporsional qaydada Ukrayna Radikal Partiyasından 35 nömrəli (Dnepropetrovsk vilayətinin Nikopol və Orconokidze rayonlarını əhatə edir) seçki dairəsinə namizəd göstərilsə də, sonradan öz namizədliyini geri götürüb.

Birləşmiş Ukrayna Azərbaycanlıları diasporunun rəhbəri Hikmət Cavadovsayta açıqlamasında bildirib ki, “UDAR” Partiyasından, Kiyev Şəhər Şurasının üzvü Rəna Nəzərova proporsional qaydada deputatlığa namizədliyini irəli sürsə də, onun qalib gəlmək şanslarını indidən dəyərləndirmək tez olardı: “Çünki proporsional sistemlə namizədliyini verdiyindən onun deputat seçilməsi partiyanın topladığı səs faizindən asılı olacaq. Bu parlament seçkisində sürpriz gözləntilər ola bilər. Majoritar qayda ilə deputatlığa namizədliyini irəli sürən azərbaycanlıların isə qalib gəlmək şansları çox aşağıdır. Çünki praktika göstərir ki, majoritar qaydada Ukrayna soyadlı namizədlər daha çox səs toplayır”.

Birləşmiş Ukrayna Azərbaycanlılar Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının prezidenti Rövşən Tağıyev isə açıqlamasında qeyd edib ki, onlar Eduard Bağırovun namizədliyini dəstəkləyəcəklər. Buna baxmayaraq Rövşən Tağıyev hesab edir ki, azərbaycanlı namizədlər reytinq cədvəlində aşağı pillələrdə qərarlaşıblar. O, azərbaycanlıların şansının yüksək olmadığı qənaətinə görə, özünün deputatlığa namizədliyini də geri götürüb: “Azərbaycanlılardan kiminsə parlamentə deputat seçilməsi çox çətin məsələdir. Reytinq siyahıları da bunu deməyə əsas verir. Mən məhz şanslarımızın aşağı olmasını nəzərə alıb deputatlığa namizədliyimi geri götürdüm. Konqres rəhbəri olaraq Eduard Bağırovu dəstəkləyirəm. Digər namizədlərin isə qalib gəlməyindən danışmaq, məncə mümkün deyil”.(Modern.az)

 

Tarix
24 Oktyabr 2014 [17:37]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin