Ana səhifə
19 Sentyabr 2018

124-cü mövsüm başa çatdı - FOTO

Lənkəran Dövlət Dram Teatrı mövsümü başa vurdu.

 

 

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı 124-cü mövsümünü başa vurub.

 

Bu məqsədlə keçirilən mərasimdə çıxış edən teatrın direktoru Tofiq Heydərov, aktyorlardan xalq artisti Böyükxanım Əliyeva, əməkdar artistlər Təvəkkül Əliyev və Sucəddin Mirzəyev cari mövsümdə qazanılmış uğurlardan və növbəti teatr mövsümündə qarşıda duran vəzifələrdən danışıblar.

 

Xeyriyyəçilik ənənəsinə sadiq qalan teatr daha sonra xalq yazıçısı Elçinin “Cəhənnəm sakinləri” tamaşasını Milli Ordunun zabit və əsgərlərinə təqdim edib.

 

Ötən əsrdə Azərbaycan tarixinin qara səhifəsinə yazılmış 1937-ci il Stalin rejiminin dəhşətli və qorxulu repressiya dövrünün acı həqiqətlərindən bəhs edən səhnə əsərinin quruluşçu-rejissoru Gümrah Ömər, quruluşçu-rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Sadıqovdur.

 

Əsas rolları Xalq Artisti Qabil Quliyev, Əməkdar Artist Adil Zeynalov, aktyorlardan Əbülfəz Axundov, Qızılgül Quliyeva, Aynur Əhmədova və Tərlan Abdullayev ifa ediblər.

Tarix
22 İyul 2015 [12:33]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin