Ana səhifə
19 Sentyabr 2018

Vasif Talıbov İran ostandarını qəbul edib

İranın Qərbi Azərbaycan Vilayətinin nümayəndə heyəti Naxçıvanda səfərdədir.

 

Ucnoqta.az xəbər verir ki, Oktyabrın 23-də Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov vilayətin ostandarı Qurbanəli Səadət və onu müşayiət edən nümayəndə heyətini qəbul edib. Vasif Talıbov Naxçıvanla İranın qonşu vilayətləri arasında əlaqələrin mehriban qonşuluq prinsipləri əsasında inkişaf etdiyini bildirib.

Ali Məclisin sədri münasibətlərin bundan sonra da dostluq və qardaşlıq müstəvisində inkişaf edəcəyinə inandığını deyib. Qurbanəli Səadət də öz növbəsində qarşılıqlı faydalı əməkdaşlığın  genişləndirilməsinin əhəmiyyətindən danışıb. 

Görüşdə Azərbaycanın  Təbrizdəki Baş konsulu Əli Əlizadə və İranın  Naxçıvandakı Baş konsulu Məhəmmədtağı Məhəmmədəli də iştirak edib.

 

Tarix
24 Oktyabr 2014 [17:18]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin