Ana səhifə
25 Sentyabr 2018

Səbail rayonunda fərdi jurnalist yazıları müsabiqəsinə yekun vurulub - FOTOLAR

Kütləvi inflormasiya vasitələri ilə sıx və məhsuldar əlaqələrə hər zaman mühüm əhəmiyyət verilən Səbail rayon İcra Hakimiyyəti ilə ölkəmizin Kütləvi informasiya vasitələri nümayəndələrinin əlaqələri daima möhkəmlənməkdədir. Hər zaman mətbuat nümayəndələri üçün açıq olan İcra Hakimiyyətində onların müraciətləri, sorğu və sualları operativ şəkildə cavablandırılır, keçirilən tədbirlər və rayonla bağlı yazılar mütəmadi olaraq mətbuat səhifələrində işıqlandırılır. Əlaqələrin daha möhkəm olması üçün vaxtaşırı olaraq RİH-də jurnalistlərlə görüşlər, tədbir və toplantılar keçirilir, rayonda təşkil olunan tədbirlərə KİV nümayəndələri dəvət olunurlar.

 

Oktyabr ayının 24-də Səbail rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə  təşkil olunan «Yerli İcra Hakimiyyəti orqanları ilə Kütləvi İnformasiya Vasitələri arasında əməkdaşlığı inkişaf etdirilməsi» mövzusunda konfrans keçirilmişdir. Konfransın işində KİVDF rəhbərliyi, Müşahidə Şurasının üzvləri, Azərbaycan Mətbuat Şurasının rəhbərliyi və Şura üzvləri ilə yanaşı  ölkənin 30-dan çox aparıcı qəzet və elektron informasiya vasitələrinin rəhbərləri, həmin KİV-lərin jurnalistləri, rayon ictimaiyyyəti nümayəndələri iştirak ediblər.

 

Konfransı giriş sözü ilə açan Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ilk olaraq qonaqları salamlayaraq, Azərbaycan Milli Mətbuatının keçdiyi böyük və şərəfli inkişaf yolundan danışaraq vurğulamışdır ki, Azərbaycan xalqının ümümmilli lideri Heydər Əliyevin siyasi iradəsi nəticəsində plyuralizm, söz və mətbuat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılıb. KİV-lərin fəaliyyətini tənzimləyən qanunvericilik bazası formaldaşmış, onun maddi-texniki bazasının inkişafı istiqamətində addımlar atılmışdır. Qeyd edilmişdir ki, KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi xətti bu gün onun davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir. 

 

Dövlət başçısının müdrik siyasəti sayəsində dünyanın ən sürətlə inkişaf edən ölkəsinə çevrilən Azərbaycanda bu gün medianın inkişafı üçün hər cür şərait yaradıldığını vurğulayan icra başçısı ölkə başçısının sərəncamına əsasən tikilərək istifadəyə verilmiş KİV nümayəndələri üçün yaşayış binasının və hazırda yeni tikilən binanın da məhz Səbail rayonunda yerləşməsini də əlamətdar hal kimi qeyd edilib. 

KİV-lərlə RİH hakimiyyəti arasında sıx əlaqələrdən danışan A.Əsgərov bildirib ki, bu ilin iyul ayında Azərbaycan Milli Mətbuatının 139 illiyi ilə  əlaqədar Səbail rayon İcra Hakimiyyətində ənənəvi olaraq kütləvi informasiya vasitələri nümayəndələri ilə keçirilən tədbirdə rayon İcra Hakimiyyəti və ilə birgə artıq 2-ci dəfə «Səbail rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər» mövzusunda jurnalist yazıları müsabiqəsinin keçirilməsi barədə razılaşma əldə olunub və müsabiqənin şərtləri barədə mətbuatda elan verilib.

 

Müsabiqə iştirakçılarının əksəriyyəti Səbail rayonunun sosial-iqtisadi inkişafı, barada aparılan geniş miqyaslı işlər, həyata keçirilən layihələr barədə ətraflı materiallar işləmiş, rayonun turizm potensialı, təhsil məsələləri, tarixi abidələri, görülən sosial yönümlü işlərin əhəmiyyətini, 2015-ci ildə keçiriləcək ilk Avropa Oyunlarına hazırlıqla bağlı rayonda görülən işləri vurğulamışlar. Həmçinin rayon sakinləri, turistlər,  ictimaiyyət nümayəndələrindən müsahibələr almış, gələcək inkişaf perspektivlərinə xüsusi yer verilib.

 

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli fondun fəaliyyəti, keçirilən tədbir və müsabiqələr, o cümlədən artıq 2-ci dəfə Səbail rayon İcra Hakimiyyəti ilə birgə keçirilən fərdi jurnalist yazıları müsabiqəsi barədə ətraflı məlumat  vermiş, bildirib ki, müsabiqə Səbail rayonunun sosial-iqtisadi və ictimai-siyasi həyatındakı proseslərin ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaq məqsədi daşımış, 1 avqust – 31 sentyabr tarixlərində keçirilən müsabiqə ilə bağlı müxtəlif KİV-də 26 yazı dərc olunub.

İştirakçılardan 4 nəfəri  «Bakı-Xəbər», 3 nəfəri «Paralel», «İki sahil» və «Həftə içi» qəzetlərini, 2 nəfəri  «Mövqe» qəzetini, hər birindən 1 nəfər olmaqla «Xalq qəzeti», «Təhsil problemləri», «Yeni Azərbaycan», «Olaylar», «Zaman», «Biznes Tayms», «Palitra», «Millətçilik», «Mədəniyyət», «525-ci qəzet» və «Kaspi» qəzetlərini təmsil edib.  İştirakçılardan 10 nəfəri əvvəlki müsabiqədə də iştirak etmiş, 16 nəfər yeni iştirakçılardır.

KİVDF tərəfindən yaradılmış münsiflər komissiyası üzvləri tərəfindən yazılar yoxlanılmış, RİH-nin nümayəndələri də yazılarla tanış olaraq rəy veriblər.  

Vüqar Səfərli müsabiqənin təşkili, gedişi, iştirakçıların məqalələrinin analizi və qiymətləndirilməsi ilə bağlı ətraflı məlumat verilib.

 

Çıxışlarda bu kimi tədbirlərin əhəmiyyətini qeyd edilmiş, fərdi jurnalist yazıları müsabiqələrinin KİV nümayəndələri ilə rayon İcra Hakimiyyətləri arasında əlaqələrin daha da möhkəmlənməsində və rayonla bağlı geniş və dolğun məlumatların ictimaiyyətə çatdırılmasında böyük rol  oynadığını bildirilmişdir. 

Münsiflər heyətinin qərarına əsasən I yerə «İki sahil» qəzetinin bölmə müdiri Nail Rəhimzadə, II yerə «Bakı Xəbər» qəzetinin müxbiri İradə Sarıyeva, III yerə «Xalq qəzeti»nin baş redaktor müavini Tahir Rüstəmov layiq görülmüş, 4 nəfər RİH-nin xüsusi mükafatını, 10 nəfər həvəsləndirici  və 9 nəfər digər mükafatlar alıb.

Qaliblərə və mükafatçılara Səbail rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Fəxri Fərmanları və müsabiqə şərtlərinə uyğun müvafiq pul mükafatları təqdim olunub. 

Tədbirdə həmçinin jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Tarix
24 Oktyabr 2014 [16:50]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin