Ana səhifə
21 Noyabr 2018

Sahibkardan icra başçısına “burda mənəm, Bağdadda kor xəlifə”.

Bakının Alatava qəsəbəsindəki daş bazarının sahibi icra başçısını sözün əsl mənasında saymır. İcra başçısının göstəriş və tapşırıqlarına baxmayaraq iş adamı Fəraməz Məmmədov deyir ki, “burda mənəm, Bağdadda kor xəlifə”.

 

Ucnoqta.azvirtualaz.org-a istinadən xəbər verir ki, Bakının ən böyük daş bazarlarından biri olan bu bazarın vəziyyəti ətraf ərazilərdə yaşayan sakinləri də narahat edir. Bu şikayətlə virtualaz.org saytına daş bazarının ətrafındakı yaşayış evlərinin sakinləri də dəfələrlə müraciət ediblər.

Sakinlər deyir ki, bazarın sahibi Fəraməz Məmmədov şəhərin mərkəzində sözün əsl mənasında “bazar” açıb.

Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən rayonun abadlaşdırılması istiqamətində işlər görülsə də bu bazar abadlıqdan payını ala bilmir. Səbəb isə bazar sahibinin özbaşınalığı və rayon rəhbərliyini saymamasıdır.

 “Alatava-2 Avtonəqliyyat” Səhmdar Cəmiyyətinin nəzarətində olan bu bazar sadəcə olaraq iş adamı üçün gəlir mənbəyi olduğundan o, bazarın həndəvərində heç bir abadlıq işi görmür. Bunun əziyyətini çəkənlər isə sadə vətəndaşlar və bazar ətrafındakı yollardan istifadə edən paytaxt sakinləridir.

Qeyd edək ki, bir müddət öncə virtualaz.org saytında daş bazarında fəaliyyət göstərən səyyar kafelər, həmin kafelərin axşamlar əxlaqsızlıq yuvasına çevrilməsi, ərazinin zibillik və xarabalıq olması, iş adamı F.Məmmədovun isə qazandığı külli miqdarda pulun müqabilində bütün bu qanunsuzluqlara göz yumması haqda məqalə dərc olunmuşdu. Bundan sonra Nəsimi RİH tərəfindən bazar rəhbərinə xəbərdarlıq edildi. F.Məmmədov isə ərazidə azacıq təmizlik işləri aparıb işini bununla da bitmiş hesab etdi. İcra başçısının tapşırıqları elə tapşırıq olaraq da qaldı...

Amma F.Məmmədovun bu saymazlığının da bir sonu varmış. Nəsimi RİH başçısının tapşırığına əsasən bazarın əsas girişi bir həftə əvvəl bağlanıb. Ora polis nəfəri də qoyulub ki, bazara giriş-çıxış olmasın.

İcra başçısının tələbi budur ki, ətraf ərazilər təmizlənsin, bazara gələn maşınların istifadə etdiyi ara yollar təmir olunub asfaltlansın, bazarın hasarı isə rayonda aparılan abadlıq işlərinə uyğun olaraq üzlənsin, təmir edilsin.

Bu xəbərdarlıqdan bir həftə keçsə də F.Məmmədov yalnız zibilləri təmizləyib.

Narazı sakinlər deyir ki, iş adamı heç kimin şikayətinə baxmır. Və icra başçısının da daş bazarı barədə dediyi söz sanki daşa dəyir.

F.Məmmədov rayon rəhbərliyinin verdiyi göstərişləri yerinə yetirməməklə yanaşı bazarın əsas girəcəyinin qarşısındakı yaşıllığı da hasara alaraq ağacları kəsməyə və orada tikinti işləri aparmağa hazırlaşır. Artıq həmin ərazinin bir hissəsi hasarlanıb.

Qeyd edək ki, “Alatava-2 Avtonəqliyyat” SC F.Məmmədovun həyat yoldaşı Afaq Yavər qızı Məmmədovaya məxsusdur. Amma yalnız sənəddə, kağız üstündə belədir. Obyektin faktiki sahibi Fəraməz Nurulla oğlu Məmmədovdur.

F.Məmmədovun “Yüksəl-inşaat” MTK-sı da var. İş adamı 7-ci mikrorayon ərazisində, habelə Ukraynada çoxmərtəbəli binaların tikintisi ilə məşğuldur.

 

Tarix
24 Oktyabr 2014 [16:51]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin