İsrail yaxın aylarda İranın nüvə obyektlərinə zərbə endirə bilər

10:01 - 19 Aprel 2025 - DÜNYA

İsrail yaxın bir neçə ay ərzində İranın nüvə infrastrukturuna məhdud zərbələr endirə bilər.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, İsrail ABŞ-a hava hücumları və xüsusi əməliyyatlar da daxil olmaqla bir neçə hücum variantı təklif edib. Zərbələr 2025-ci ilin yazının sonu və ya yayında baş verə bilər.

Nəticədə Tehranın bir neçə aydan bir ilə qədər nüvə enerjisindən hərbi istifadəyə keçmək imkanından məhrum olacağı gözlənilir, agentliyin həmsöhbətləri əlavə ediblər.

Xəbər xətti