Bakıda məşhur restoranda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

08:06 - 19 Aprel 2025 - Xəbər

Bakıda toyda kütləvi zəhərlənmə baş verib.

Ucnoqta.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə aprelin 18-də, axşam saatlarında paytaxtın Xətai rayonu, genaral Mehmandarov küçəsində yerləşən "Venesiya" şadlıq sarayında qeydə alınıb.

Mərasimdə zəhərlənən 21 nəfər Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onların sayının artacağı isitsna deyil. Xəstələrdən bəzilərinin durumu ağırdır.

Zəhərlənənlər arasında qonaqlarla yanaşı toyda oxuyan müğənnilərin də olduğu bildirilir.

İlkin ehtimallara görə, zəhərlənmə qidadan olub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti