Ana səhifə
21 Sentyabr 2018

Arvadlar bədənlərini satır, ərlər isə.. - FOTOLAR

Mqinqo adası Afrikada, Viktoriya gölündədir. Sahəsi cəmi 1800 m2 olan adadakı yastı-yapalaq daxmalarda 131 nəfər yaşayır. "Senat respublikası" yaratdıqlarını deyən adamlar balıqçılıqla dolanır və adada yadların məskunlaşmasına imkan vermirlər.

 

Ada Keniya ilə Uqanda arasında mübahisəli ərazi sayılır.

 

Ucnoqta.az European-a istinadən bildirir ki, adanın ilk sakinləri burada 1991-ci ildə məskunlaşmış keniyalı balıqçılar Dalmas Tembo və Corc Kibebe olublar.

 

Viktoriya gölünün sahilində yaşayanlar Mqinqonun şər ruh Kelelenin məkanı olduğuna inanmalarından dolayı, qoca Tembo ayin keçirərək ruhu adadan "qovub". Buna görə o, cadugərə 300 kq balıq vermişdi.

Daha sonra iki cəsur balıqçıya Keniya, Uqanda və Tanzaniyadan daha 60 afrikalı qatılıblar.

 

İndi adada yaşayan ailələrdən hər biri balıq tutmaqla həftədə 250-300 dollar qazanır. Bu isə qonşu ölkələrin sakinlərinin tam əksəriyyətinin 2-3 aylıq orta maaşıdır.

 

 

Son 20 il ərzində bu adaya görə Keniya və Uqanda arasında 9 dəfə silahlı toqquşma olub. Keniya ilə Uqandanın sahil mühafizəsi xidmətləri balıqçıların qayıqlarını sındırıb, torlarını cırıb, hətta 6 nəfəri güllələyib.

 

Sonra iki ölkə anlaşıb və qərara gəliblər ki, Mqinqodakı kommuna Keniya ilə Uqandaya vergi verməlidir.

 

 

İndi Mqinqodakı balıqçılar aylıq gəlirlərinin 25 faizini Keniya, 25 faizini də Uqandaya ödəyirlər. 10 faiz isə adanın icra aparatı və mühafizə qüvvəsinə ödənir.

 

Kiçik adada indi 5 bar, gözəllik salonu, aptek, 4 otel və 4 fahişəxana var. Adadakı kişilər balıq tutur, onların arvadları və qızları isə müştərilərə bədənləri ilə "xidmət" edirlər. Adaya turist axını səngimir. Fəqət, hər bir turist Mqinqoda ən uzağı 1 sutka qala bilər.(Milli.az)

 

Tarix
24 Oktyabr 2014 [23:26]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin