Ana səhifə
13 Noyabr 2018

"AzDrama"dan şad xəbər

Yola salınan teatr mövsümü Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı üçün də əlamətdar olub.

 

 

Ucnoqta.az xəbər verir ki, teatrın direktoru, professor İsrafil İsrafilov AzərTAc-a bildirib ki, 142-ci teatr mövsümündə tamaşaçılara bir çox uğurlu səhnə əsərləri təqdim ediblər. On ay ərzində 12 tamaşanı təhvil verdiklərini qeyd edən direktor yeni mövsümdə də tamaşaçıları maraqlı teatr əsərlərinin gözlədiyini vurğulayıb. Yeni mövsümdə teatrın repertuarına Qriqori Qorinin "Herostratı unudun", Afaq Məsudun "Kərbəla", Lev Tolstoyun "Hacı Murad", Sofoklun "Antiqona" və Qoqolun "Müfəttiş" kimi əsərlər də daxil olacaq.

Ötən dövrün qastrol səfərləri və festival uğurları ilə də yadda qaldığını deyən İ.İsrafiov qarşıdakı mövsümdə daha bir neçə beynəlxalq festivala dəvət aldıqlarını və dünyanın bir sıra məşhur teatrlarının tamaşalarını akademik teatrın səhnəsində yer alacağını bildirib.

Tarix
19 İyul 2015 [18:22]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin