Ana səhifə
14 Noyabr 2018

Qış gəlir, dərd gəlir

Nüsrət Qasımov: Qış gəlməmiş qazdan 4-5 zəhərlənmə, ölüm faktı qeydə alınıb”

 

 

Qarşıdan şaxtalı qış mövsümü gəlir. Əhalini bu mövsümdə narahat edən məsələrdən biri də qazdan zəhərlənmə-ölüm hallarıdır. Qazdan ölüm halları o qədər çox olur ki, həttə bunu el arasında “qaz soyqırımı” da adlandırırlar. Bu məsələni ən çox gündəmə gətirən ekspert Nüsrət Qasımovun sözlərinə görə, yay və ya qış mövsümündən asılı olmayaraq qaz təsərrüfatı həmişə qışa hazır, işçi vəziyyətində olmalıdır. Onun sözlərinə görə, cavabdeh qurumların verdiyi müsahibələrə görə, qışa çox yaxşı hazırlaşıblar: “Burada ən böyük problem qaz qızdırıcılarının,  “dmaxod” deyilən tüstü-bacalarının təmizlənməsi ilə bağlıdır. 30 ildən çoxdur ki, təmişlənmə işləri aparılmır. Halbuki düz axımlı su qızdırıcıların tüstü bacaları ildə iki dəfə, yerdə qalan digər qızdırıcıların tüstü-bacaları isə ildə bir dəfə, istilik mövsümündən qabaq yoxlanmalıdır. Bu həyata keçirilmirsə, qışa hansı hazırlıqdan danışmaq olar? Cavabdeh qurumlar hər il qışda nə qədər insanın zəhərlənib ölməsindən dərs almırlar. Bu il, hələ qış gəlməmiş artıq bir neçə qazdan zəhərlənmə, 4-5 ölüm faktı qeydə alınıb. Bu təmizlənmə işi “Azəriqaz”ın səlahiyyətində olan məsələ olmadığı üçün onları günahlandırmaq olmaz”.

Müsahibimiz dedi ki, bacaların təmizlənməsini Bakı şəhər İcra Hakimiyyəti, “JEK”lər, yerli icra nümayəndəlikləri həyata keçirməlidirlər. “Evlər şəxsidirsə, mənzil sahibi özü də məsuliyyət daşıyır. Amma onların da istinad edəsi yeri yoxdur. Çünki təmizlənmə işləri ilə məşğul olan elə bir şirkət, müəssisə yoxdur ki, gedib ora müraciət etsinlər. Sovet dövründə xüsusi qurumlar mövcud idi, onlar müntəzəm bu işi yerinə yetirirdilər. Ona görə də əvvəllər bu qədər qazdan zəhərlənmə, partlayış, ölüm halları olmurdu. Bunu deməklə sovet dövlətini tərifləmək istəmirəm. Amma indi bu məsələyə səhlənkar yanaşma, bu qışda ölüm hallarının olmayacağını istisna etmir. Çünki artıq Bakıda, Gəncədə, bir çox başqa rayonlarda insanlar qazdan zəhərlənib ölüb. Bu yaxınlarda Biləcəridə bir ev, sonra şirniyat evi partladı. Bir nəfər ölüb, 9 nəfər yaralanıb, neçə avtomobil sıradan çıxıb, 3-cü mərtəbəyə qədər binaların pəncərə şüşələri sınıb. Bu kimə  lazımdır, kimin məsuliyyətsizliyindən baş verib? Hündürmərtəbəli binaların birinici mərtəbəsində açılan şirniyat sexlərinin, dönərxanaların qaz işlətmələri yolverilməzdir. Belə obyektlərdə siqnalizasiya cihazı quraşdırmalıdırlar. Birinin qiyməti 12 dollardır. Heç kim onu alıb evində və ya iş yerində quraşdırmır. Ötən il bu məsələ ilə bağlı televiziya efirindən çıxış edib təkliflərimi verdim. Əfsuslar olsun ki, bu təklifləri eşidən, nəzərə alan olmadı”.

N.Qasımov qeyd etdi ki, “Azəriqaz” smart sayğalar tətbiq edəndən sonra qış-yay məfumu da aradan qaldırılıb: “Bu keçid məsələsi yalnız istilik təchizatı üçün qazanxanalara aiddir. Noyabrın 15-dən onlar qış mövsümünə keçir, aprelin 15-ə qədər də bu mövmüm davam edir. Vaxtından əvvəl qış mövsümünə başlamaq isə bu sahəyə cavabdeh müəssisələr üçün sərfəli deyil. Çünki vaxtından əvvəl verilən istiliyə görə mənzil sahiblərindən ödəniş pulunun alınması mümkün olmur. Axı verilən istilik sayğacla ölçülmür. Yalnız aya görə ödəniş həyata keçirilir».

Ekspert dedi ki, əhaliyə bütün mövsümlərdə eyni təzyiqdə qaz lazımdır: “Qazın təzyiqi qaz cihazlarının girəcəyində 130 mm su sütunun təzyiqinə bərabər olmalıdır. Başqa sözlə dördgöz qaz plitələrində qazın hündürlüyü 5-8 sm olmalıdır”.

Onun sözlərinə görə, hazırda istismarda olan qaz kəmərlərinin böyük əksəriyyətinin təmirə ehtiyacı var: “Çünki Bakıya qaz xətlərinin çəkilməsi 1929-cu ildən başlayıb, əsas kəmərlər istifadə müddətin başa vurub, onlar yenilənməlidir. Onların çoxu asfalt örtüyünün altındadır. Birdən isə bütün şəhəri qazmaq mümkün deyil”.

Ölkənin qaz təchizatını ümumilikdə normal dəyərləndirən ekspert vurğuladı ki, kifayət qədər qaz ehtiyatımız var.

Əfsun

Tarix
24 Oktyabr 2014 [22:35]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin