Ana səhifə
16 Noyabr 2018

İki velosipedçimiz ilk onluqda

Çində Beynəlxalq Velosipedçilər İttifaqının 2-ci kateqoriyalı "Tour of Hainan" veloyürüşü davam edir. 9 mərhələdən ibarət çoxgünlük yarışda 20 komanda iştirak edir.

 

Ucnoqta.az xəbər verir ki, Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, bu gün keçirilən 5-ci mərhələdə iştirakçılar 192.8 km məsafə qət ediblər. Velosipedçilərimizin ikisi - Elçin Əsədov və Samir Cəbrayılov finişi mərhələ qalibi ilə eyni vaxtda keçən 24 nəfərlik pelotonun içərisində olublar - 4 saat, 32 dəqiqə, 51 saniyə. Fotofinişə əsasən Elçin 8-ci, Samir isə 10-cu nəticə göstərib.

Bu amil hər iki idmançımızın ümumi sıralanmada mövqelərini daha da yaxşılaşdırmalarına şərait yaradıb. Samir 8-ci yerdən 6-cı pilləyə, Elçin isə 14-cü yerdən 8-ci pilləyə yüksəlib. Komanda hesabında "Synergy Baku" əvvəlki kimi 4-cüdür.

Sabah keçiriləcək 6-cı mərhələdə velosipedçilər 182 km məsafə qət edəcəklər. Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən ən iri yerli investisiya şirkətlərindən biri olan "Synergy Group" ASC "Synergy Baku" komandasının baş sponsoru olmaqla Azərbaycanda velosiped idmanının inkişafını dəstəkləyir.

 

Tarix
24 Oktyabr 2014 [16:09]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin