Ana səhifə
14 Noyabr 2018

İpoteka ilə mənzil alanların sayı 15 min nəfəri keçib

Dövlət büdcəsindən sosial ipotekanın maliyyələşdirilməsinə 216 milyon manat ayrılıb

 

 

Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə verilən kreditlərin 39,5 faizi dövlət sektorunda işləyən vətəndaşların payına düşür. Qurumun cari ilin 9 ayının yekunu üzrə statistik hesabatında deyilir ki, verilən kreditlərin ümumi həcminin 23,3 faizi özəl müəssisə və firma işçilərinin, 21,5 faizi maliyyə sektorunun əməkdaşlarının, 15,8 faizi isə iqtisadiyyatın neft sektorunda məşğul olan işçilərin payına düşüb.

Bu ilin yanvar-sentyabrında AİF-in xətti üzrə 23,28 milyon məbləğində kredit verilib ki, bu da mənzil maliyyələşdirilməsinin ümumi həcmini 613,89 milyon manatadək çatdırmağa imkan verib. İpoteka krediti almış borcalanların ümumi sayı 15 425 nəfərə çatıb.

Dövlət büdcəsindən sosial ipotekanın maliyyələşdirilməsinə cəmi 216 milyon manat ayrılıb. 2014-cü il oktyabrın 1-nə olan məlumata görə, güzəştli əsaslarla 115,3 milyon manat dəyərində 3216 kredit verilib.

Bu ilin oktyabrın 1-nə olan vəziyyətə görə, AİF-in xətti ilə adi ipoteka çərçivəsində 410,01 milyon manat məbləğində kredit verilib. Adi ipoteka, ipoteka istiqrazlarının yerləşdirilməsindən cəlb edilmiş vəsaitlərdən təqdim edilir.

 

Əfsun

 

Tarix
24 Oktyabr 2014 [22:15]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin