Ana səhifə
24 Sentyabr 2018

Həsən Həsənov dəfn olundu

“Bu gün Qurban bayramı qeyd olunur, qardaşım da vətən uğrunda qurban gedib” 

 

 

 

 İşğal olunmuş Kəlbəcər rayonu ərazisində ermənilər tərəfindən öldürülmüş Həsən Həsənov Bakıda dəfn olunub.


 

Ucnoqta.az “ xəbər verir ki, APA-nın dəfn mərasimini izləyən əməkdaşının verdiyi məlumata görə, H. Həsənov Binəqədi qəbiristanlığında torpağa tapşırılıb.

 

Dəfn mərasimində Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

 

***

 

10:54

 

İşğal olunmuş Kəlbəcər rayonu ərazisində ermənilər tərəfindən öldürülmüş Həsən Həsənovun meyiti dəfn olunmaq üçün Bakının Binəqədi rayonuna aparılıb.


 

APA-nın dəfn mərasimini izləyən əməkdaşının verdiyi məlumata görə, H. Həsənovun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən götürülüb. Cənazə götürülməzdən əvvəl qısa mərasim keçirilib. Mərasimdə "Şəhidlər ölməz, Vətən bölünməz!" şüarı səsləndirilib.

 

Mərhumun qardaşı Nail Həsənov bildirib ki, qardaşı tez-tez yuxusuna girir və sağ olduğunu deyir: “Bu gün Qurban bayramı qeyd olunur, qardaşım da vətən uğrunda qurban gedib”.

 

Mərhumun ruhuna dualar oxunduqdan sonra Azərbaycan bayrağına bükülmüş tabutu dəfn olunmaq üçün ailəsinin yaşadığı Binəqədi rayonuna aparılıb.  

 

Dəfn mərasimində Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev və rayon ictimaiyyətinin nümayəndələri iştirak edəcək.

 

Xatırladaq ki, Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan hərbçiləri tərəfindən girov götürülüblər, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. Mərhumun nəşi 2 oktyabr 2014-cü il tarixində qarşı tərəfdən alınıb.

 

Tarix
4 Oktyabr 2014 [14:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin