Ana səhifə
20 Sentyabr 2018

Bakıda tikilən hündürmərtəbəli binalar yoxlanacaq

Azərbaycan və Yaponiya seysmoloqları Bakıda tikilən hündürmərtəbəli binalarda seysmik monitorinq aparacaqlar 

 

Ucnoqta.az xəbər verir ki, Azərbaycan və Yaponiya seysmoloqlarının palçıq vulkanlarının öyrənilməsi və Bakıda tikilən hündürmərtəbəli binalarda seysmik monitorinqin aparılması sahəsində əməkdaşlığı genişləndirəcək.

 

Respublika Seysmoloji Xidmət Mərkəzindən  verilən xəbərə görə, bu barədə mərkəzin baş direktoru Qurban Yetirmişli və Yaponiyanın "SHINYEI OYO S-İ" şirkətinin seysmik avadanlıqların istehsalı və tətbiqi üzrə baş mühəndisi Enji Koide arasında keçirilən görüşdə razılıq əldə olunub.

 

Enji Koide Azərbaycan seysmoloqlarının seysmik müşahidələrin aparılması, eləcə də palçıq vulkanları ilə zəlzələlər arasında əlaqənin öyrənilməsinə dair maraqlı işlər apardıqlarını və Yaponiyada bu işlərin böyük maraq doğurduğunu qeyd edib: “Biz gələcəkdə bu sahədə sizinlə təcrübə mübadiləsinin genişləndirmək niyyətindəyik".

 

RSXM-nin baş direktoru Q.Yetirmişli isə ötən il Azərbaycan ərazisində baş verən vulkanın püskürməsi zamanı aparılan seysmoloji müşahidələr haqqında qonağa ətraflı məlumat verib.

 

Görüşdə həmçinin Bakıda tikilən hündürmərtəbəli binalarda seysmik monitorinqin aparılması sahəsində Azərbaycan və Yaponiya seysmoloqları arasında əməkdaşlığın genişləndirilməsi haqqında da fikir mübadiləsi aparılıb.(APA)

 

Tarix
24 Oktyabr 2014 [15:46]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin