Ana səhifə
18 Fevral 2018

Qurban Qurbanov: "Qol vurmaq istəyirdik"

"Dünən ciddi komandaya qarşı oynayacağımızı demişdim. Əlbəttə, qələbə qazanmaq istəyirdik".

 

 

Ucnoqta.az apasport.az-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

Ağdam klubu bu gün UEFA Çempionlar Liqasında mübarizəyə qoşulub. Təmsilçimiz II təsnifat mərhələsində Monteneqro çempionu "Rudar"la qarşılaşıb və görüş 0:0 hesabı ilə başa çatıb.

 

Qurbanov qarşılaşmadan sonrakı mətbuat konfransında bu fikirləri səsləndirib: "İlk oyunda əsas məqsədimiz qol buraxmamaq idi. İmkan düşdükcə qol vurmaq istəyirdik. Qol buraxmadıq. Bizi səfərdə ağır oyun gözləyir. Amma əksinə də ola bilər. Uşaqların oyunundan razı qaldım. Düşündüyümüz hücumlar müəyyən qədər alındı. Səfərdə fərqli oyun ola bilər. Azarkeşlərə təşəkkür edirəm ki, bizi sona qədər dəstəklədilər".

 

- Kornerlər zamanı çoxlu səhvlər oldu. B variantı yox idi?

- Müxtəlif variantlar üzərində işləmişdik. Onlardan istifadə etməyə də çalışdıq. Sadəcə, alınmadı.

 

- Rəqibin hücum xətti zəif görünürdü. Bu barədə fikirləriniz maraqlı olardı...

- Rəqibin əlində bizi təhlil etmək üçün daha çox material var idi. Müdafiədə yaxşı oynadıq. Onlara əks-hücum imkanı vermədik. Amma onlar da komanda şəklində yaxşı müdafiə olundular. Bizim də düşünülmüş hücumlarımız oldu.

Tarix
16 İyul 2015 [01:17]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ