Ana səhifə
25 Sentyabr 2018

ŞOK OLAY: Məşhur rejissorun başını qoparıb apardılar - FOTO

Səssiz filmlər dövrünün məşhur rejissoru Fridrix Vilhelm Murnaunun başı qəbirdən oğurlanıb.

 

 

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, məşhur rejissor Berlin yaxınlığında ailə qəbiristanlığında basdırılıb.

 

Yerli mətbuatdan bildirilir ki, rejissor dəfn olunmazdan əvvəl məlhəmlənib. Ona görə də onun başı kifayət qədər yaxşı saxlanılıb. İlkin ehtimala görə, oğurluq bazar günü baş verib. Murnaunun qəbri yanında qardaşları basdırılıb, lakin onlara toxunulmayıb.

 

Bundan əlavə, polis işçiləri hadisə yerində mum tapıblar. Burada hər hansı bir ayinin keçirilməsi istisna edilmir.

 

Qeyd edək ki, Fridrix Vilhelm Muranu ilk qorxu filmlərinin rejissoru hesab olunur. Onun sənət işləri arasında "Nosferatu. Dəhşət simfoniyası" və Brem Stokerin romanı əsasında çəkilmiş  "Drakula" kimi filmlər daxildir. Rejissor 1931-ci ildə vəfat edib.

Tarix
16 İyul 2015 [11:46]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin