Ana səhifə
19 Noyabr 2018

AZAL Nyu-Yorka reyslərin sayını artırır

"Azərbaycan Hava Yolları" QSC (AZAL) bu il dekabrın 8-dən Bakı-Nyu-York-Bakı marşrutu üzrə aviareyslərinin sayını artıracaq.

 

Ucnoqta.az xəbər verir ki, Trend-in AZAL-ın saytına istinadən verdiyi məlumata görə, həmin marşrut üzrə reyslərin sayı 3-ə çatdırılacaq. Hazırda aviareyslər çərşənbə və şənbə günləri həyata keçirilir, dekabrın 8-dən isə reyslər bazar ertəsi də reallaşdırılacaq.

Məlumatda qeyd edilir ki, təyyarələr bazar ertəsi Bakıdan çərşənbə və şənbə günlərində olduğu kimi, yerli vaxtla saat 06:00-da uçacaqlar, Nyu-Yorka isə saat 09:30-da (yerli vaxtla) gələcəklər.

Nyu-Yorkdan Bakıya uçuşlar həftənin həmin günləri yerli vaxtla saat 11:30-da həyata keçiriləcək, Bakıya gəliş vaxtı isə növbəti gün saat 08:00-da olacaq.

Qeyd edək ki, AZAL sentyabrın 24-dən Bakı-Nyu-York-Bakı marşrutu üzrə mütəmadi birbaşa aviareyslərin reallaşdırılmasına başlayıb.

 

Tarix
24 Oktyabr 2014 [14:57]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin