Ana səhifə
21 Noyabr 2018

Azərbaycana qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti əhaliyə xəbərdarlıq edib. 
 

 

"Ucnoqta.az" xəbər verir ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 25-i axşama doğru hava şəraitinin kəskin dəyişəcəyi, şimal küləyinin güclənəcəyi, temperaturun ötən günlərlə müqayisədə kəskin, 10 dərəcə aşağı enəcəyi, oktyabrın 26-27-də paytaxtda maksimal temperaturun gündüz saatlarında 8-12 dərəcə isti olacağı gözlənilir. Hava şəraiti oktyabrın 25-i gecədən oktyabrın 27-dək arabir yağıntılı keçəcək.

Respublikanın rayonlarında isə oktyabrın 25-də hava şəraitinin əvvəlcə şimal və qərb, axşama doğru isə əksər rayonlarda yağıntılı keçəcəyi, bəzi yerlərdə intensivləşəcəyi, dağlıq rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Qeyri-sabit hava şəraiti oktyabrın 28-dək davam edəcək.(Qafqazinfo.az)

 

Tarix
24 Oktyabr 2014 [14:48]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin