Ana səhifə
15 Noyabr 2018

Yol polisi “protiv” gedir – SÜRƏT 120 – VIDEO

DYP avtomobili yolun əks istiqamətində yüksək sürətlə hərəkət edərək böyük təhlükə yaradır

 

 

Bakıda Dövlət Yol Polisi əməkdaşının törətdiyi qayda pozuntusu bütün sərhədləri aşıb.”Ucnoqta.az” milli.az-a istinadən xəbər verir ki, Bakı-Ələt yolunda DYP avtomobili yolun əks istiqamətinə çıxaraq 110 km/saat sürətlə hərəkət edib. DYP avtomobilinin videogörüntülərini sayta oxuculardan biri göndərib. Videodan da aydın görünür ki, DYP avtomobili yolun əks istiqamətində yüksək sürətlə hərəkət edərək böyük təhlükə yaradır. Həmin vaxt qarşı tərəfdən də yüksək sürətlə avtomobillər gəlir. Maşın gedən zaman işıq siqnalları da qoşulmayıb.

Məsələ ilə bağlı Day.Az-ın əməkdaşı Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevlə əlaqə saxlayıb. "Mən həmin video ilə tanış deyiləm. Ola bilər ki, DYP avtomobili hadisə yerinə tələsib. Yol polisi əməkdaşları yol hərəkəti qaydalarından kənara çıxa bilərlər. Qanun onlara icazə verir. Həmin videoya baxmaq lazımdır. Yol polisi inspektoru təhlükəli vəziyyət yarada bilməz! Ancaq DYP maşını əks istiqamətdə gedirsə, təhlükəsizlik məqsədi ilə mayakları yandırmalıdır. Videonu görmədiyim üçün bu barədə bir söz deyə bilmərəm", - Kamran Əliyev deyib.

Tarix
24 Oktyabr 2014 [14:41]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin