Ana səhifə
14 Noyabr 2018

Leyla Yunusun həbs müddəti uzadıldı

Oktyabrın 24-də Nəsimi rayon Məhkəməsi hüquq müdafiəçisi Leyla Yunusun haqqındakı həbs-qətimkan tədbirini gələn il fevralın 28-dək uzadıb.

 

Ucnoqta.az xəbər verir ki, bu haqda AzadlıqRadiosuna onun vəkili Elçin Qənbərov deyib.

Vəkil onu da deyib ki, hüquq müdafiəçisi oktyabrın 23-də Kürdəxanı istintaq təcridxanasında Avropa Şurası insan haqları Komissarı Nils Muizniekslə görüşüb və bu görüşdən məmnun qaldığını bildirib.

Elçin Qənbərovun sözlərinə görə, Leyla Yunus siyasi məhbusların problemlərini həll etmək məqsədilə yaradılan «İnsan hüquqları üzrə Birgə Qrup»u «oyuncaq», «teatr» adlandırıb. O bu qurumun siyasi məhbus problemini həll etməyəcəyi qənaətindədir.

Birgə Qrupda hökumət, vətəndaş cəmiyyəti fəalları ilə yanaşı Avropa Şurası baş katibinin xüsusi nümayəndəsi də təmsil olunur.

Leyla Yunus və həyat yoldaşı Arif Yunus vətənə xəyanətdə və vergidən yayınmada ittiham olunurlar. Bəzi beynəlxalq təşkilatlar onları siyasi məhbus hesab edir.

 

Tarix
24 Oktyabr 2014 [14:37]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin