Ana səhifə
19 Sentyabr 2018

Ali Məhkəməyə hakim təyin olunacaq

Milli Məclisin oktyabrın 28-də keçiriləcək iclasının gündəliyinə 21 məsələ daxil edilib.

 

Ucnoqta.azxəbər verir ki, bu barədə millət vəkili Zahid Oruc məlumat verib. Deputatın sözlərinə görə, gündəlikdə duran başlıca məsələ Əli Rüstəmovun Ali Məhkəmənin hakimi təyin olunması ilə bağlıdır.

Deputat daha sonra bildirib ki, iclasda qanun layihələrinə əlavə və dəyişikliklər də ediləcək:

“İnzibati icraat haqqında” qanunun fəaliyyətində dəyişiklik, “Polis haqqında qanun”a dəyişiklik, “Cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin və əmlakın leqallaşdırılmasına qarşı mübarizə” ilə bağlı qanunda dəyişiklik, “Yeyinti məhsulları ilə bağlı” qanuna dəyişiklik, “Qrant haqqında qanun” a dəyişiklik, 
“Dövlət rüsumu və banklar haqqında” qanuna dəyişiklik və s.dir.

Qeyd edək ki, parlament oktyabrın 28-də toplanacaq.(AzVision.az)

 

Tarix
24 Oktyabr 2014 [14:32]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin