Ana səhifə
23 Sentyabr 2018

Ukraynada seçki kompaniyası bir neçə saata başa çatır

Ukrayna Ali Radasına bazar gününə təyin olunmuş növbədənkənar seçkilərlə bağlı təşviqat kampaniyası bu gecə başa çatır.

Ucnoqta.az xəbər verir ki, “TASS” informasiya agentliyinə istinadla xəbər verir ki, oktyabrın 25-də saat 00:01-də bütün siyasi reklamlar, bannerlər, vərəqələr və bu kimi təşviqat vasitələri küçələrdən yığışdırılacaq.
Son 20 gün ərzində davam edən seçkiqabağı təşviqat kampaniyası çərçivəsində hər bir siyasi partiyaya dövlət hesabına Ukraynanın birinci televiziya kanalında ümumən 60 dəqiqəlik, həmçinin birinci radio kanalında 50 dəqiqəlik efir vaxtı verilib.
Politoloqların proqnozuna görə, Ali Radaya seçkilərdə 5 faizlik həddi 6-7 siyasi partiya adlaya bilər.
Ukrayna Mərkəzi Seçki Komissiyasının sədr müavini Sergey Dubovnik seçkilərin Donetsk vilayətində 21 seçki dairəsindən 11-12-də, Luqansk vilayətində isə 11 seçki dairəsindən 5-də keçiriləcəyini bildirib.

Tarix
24 Oktyabr 2014 [20:58]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin