Ana səhifə
19 Noyabr 2018

Qurban Qurbanov mətbuat konfransı keçirdi: "Çox tərifləməyin!"

UEFA Avropa Liqasında dünən keçirilən oyundan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Olimpiyski” MİK-in mətbuat mərkəzində mətbuat konfransı keçirib.

Ucnoqta.az xəbər verir ki, AzərTAcın məlumatına görə Azərbaycan jurnalistləri komandamızın məşqçilər qərargahının rəhbərini gurultulu alqışlar və sevinc nidaları ilə qarşılayıblar.
Qurban Qurbanov bu şaxtalı gecədə futbolçularımızı dəstəkləməyə gələn Azərbaycan KİV-lərinin nümayəndələrinə və bütün azarkeşlərə minnətdarlığını bildirərək vurğulayıb ki, oyun gərgin mübarizə şəraitində keçib, çünki “Qarabağ” ciddi rəqiblə qarşılaşırdı. Baş məşqçi deyib ki, Bakıda, Tofiq Bəhramov adına stadionda keçiriləcək cavab matçı da asan olmayacaq. Bununla əlaqədar, o, Azərbaycan KİV-lərinin nümayəndələrindən xahiş edib ki, futbolçularımızda “müvəffəqiyyətdən başgicəllənməsi” yaranmaması üçün onları çox tərifləməsinlər.
Sonda o, Azərbaycan və Ukrayna jurnalistlərinin suallarına cavab verib.

Tarix
24 Oktyabr 2014 [14:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin