Ana səhifə
22 Sentyabr 2018

Ziya Məmmədov vətəndaşlarla görüşüb

Ucnoqta.az xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin həllinə kömək göstərirlər.
 

Növbəti belə qəbul oktyabrın 24-də Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilib. AZərTAc-ın məlumatına görə, nəqliyyat naziri Ziya Məmmədov Mingəçevir şəhərinin və Samux rayonunun sakinlərini, eləcə də Mingəçevir şəhərində məskunlaşan məcburi köçkünləri qəbul edərək onların müraciətlərini dinləyib.
Nazir vətəndaşların müraciət və şikayətləri ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib, nəqliyyat sahəsində mövcud problemlərin araşdırılması və həll edilməsi üçün lazımi işlərin görüləcəyini bildirib.
Müraciətlər əsasən yolların təmiri, körpülərin salınması, Bakı-Mingəçevir sərnişin qatarının fəaliyyətinin bərpa edilməsi və digər məsələlərlə bağlı olub. Vətəndaşları narahat edən bəzi məsələlər yerindəcə həllini tapıb. Nazirliyin səlahiyyətlərinə aid olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Tarix
24 Oktyabr 2014 [14:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin