Ana səhifə
15 Noyabr 2018

Seymoloqlarımız yaponlarla əməkdaşlığı genişləndirəcək

Azərbaycan və Yaponiya seysmoloqlarının palçıq vulkanlarının öyrənilməsi və Bakıda tikilən hündürmərtəbəli binalarda seysmik monitorinqin aparılması sahəsində əməkdaşlığı genişləndirəcək.

 

Ucnoqta.azxəbər verir ki, Trend-in məlumatına görə, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində Mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü, geologiya-mineralogiya elmlər doktoru Qurban Yetirmişli və Yaponiyanın "SHİNYEİ OYO S-İ" şırkətinin seysmik avadanlıqların istehsalı və tətbiqi üzrə baş mühəndisi Enji Koide arasında keçirilən görüşdə razılıq əldə olunub.

Enji Koide Azərbaycan seysmoloqlarının seysmik müşahidələrin aparılması, eləcə də palçıq vulkanları ilə zəlzələlər arasında əlaqənin öyrənilməsinə dair maraqlı işlər apardıqlarını qeyd edib. O, gələcəkdə bu sahədə təcrübə mübadiləsini genişləndirmək niyyətində olduqlarını deyib.

RSXM-nin Baş direktoru Q.Yetirmişli isə ötən il Azərbaycan ərazisində baş verən vulkanın püskürməsi zamanı aparılan seysmoloji müşahidələr haqqında qonağa ətraflı məlumat verib.

Görüşdə həmçinin Bakıda tikilən hündürmərtəbəli binalarda seysmik monitorinqin aparılması sahəsində Azərbaycan və Yaponiya seysmoloqları arasında əməkdaşlığın dərinləçdirilməsi haqqında da fikir mübadiləsi aparılıb.

 

Tarix
24 Oktyabr 2014 [20:41]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin