Ana səhifə
17 Noyabr 2018

Kiyevdə jurnalistlər diaspor sədri ilə görüşdü

Jurnalistlərin Qarabağa Dəstək Qrupunun üzvləri Kiyevdə Birləşmiş Ukrayna Azərbaycanlıları Diasporunun sədri Hikmət Cavadovla görüşüblər. “Ucnoqta.az” xəbər verir ki, görüş diasporumuzun ofisində baş tutub.

 

 

Diasporun Ukraynadakı fəaliyyətindən danışan H.Cavadov 4 çap orqanları vasitəsi ilə Azərbaycan həqiqətlərini rus və Azərbaycan dillərində bu ölkə ictimaiyyətinə çatdırdıqlarını söyləyib: “Biz xüsusən də Dağlıq Qarabağ probleminin Ukrayna cəmiyyətinə obyektiv çatdırmağa çalışırıq.”

 

Azərbaycan diasporunun bütün dünyada olduğu kimi Ukraynada da yeni formalaşdığını diqqətə çatdıran H.Cavadov bu ölkədə fəaliyyət göstərən azərbaycanlıların vahid təşkilat ətrafında birləşdirilməsi istiqamətində ciddi layihələrə start verdiklərini söyləyib: “Diaspor təşkilatımızın ştatlı işçiləri var və onlar burada yaşayan azərbaycanlıların hüquqlarının qorunması istiqamətində konkret işlər görür. Fəaliyyətimizin aktivləşdirilməsi üçün yeni ofisə köçmüşük. Düşünürük ki, bu ofis Ukraynada yaşayan azərbaycanlıların ikinci evi olacaq”.

 

Diasporun işinin Ukrayna qanunlarına uyğun qurduqlarını bildirən H.Cavadov bütün hallarda Azərbaycan üçün çalışdıqlarını söyləyib: “Bizim burdakı mövqeyimiz həm Ukrayna, həm Azərbaycan dövləti, həm də burada yaşayan soydaşlarımızın maraqlarına xidmət etməlidir. Məsələn, buradakı azərbaycanlılar və Prezident İlham Əliyevin Krımla bağlı mövqeyi də bizim Ukraynadakı fəaliyyətimizə stimul verdi. Ukrayna ictimai-siyasi mühiti də gördü ki, burada yaşayan digər milli azlıqlardan fərqli olaraq azərbaycanlıların bu ölkədə baş verən hadisələrə münasibəti bəllidir. Bir şeyi də xüsusi qeyd edim ki, Ukrayna vətəndaşları, xüsusən də siyasətçilər və jurnalistlər heç bir faktı unutmur”.

 

“Yaxın günlərdə həm də Kiyevdə Birləşmiş Ukrayna Azərbaycanlıları Diasporunun təşəbbüsü ilə yaradılan “Ukrayna Nyu Servis” Şirkəti nəzdində eyni adda xəbər portalı fəaliyyətə başlayacaq” – deyən H.Cavadov bildirib ki, bu mətbu orqanda bilavasitə ukraynalı jurnalistləri çalışacaq: “Burada hər gün deyil, ehtiyac yaranacağı təqdirdə Azərbaycanla bağlı xəbərlər yayımlanacaq. Xəbər portalının missiyası Ukraynada və dünyada baş verən ictimai-siyasi proseslərə daha çox yer verməkdir”.

Tarix
24 Oktyabr 2014 [13:45]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin