Ana səhifə
19 Sentyabr 2018

“Qisas almadan ölmə...” filmi İsraildə nümayiş olunacaq

Avqustun 18-də xalq artisti, kinorejissor Oqtay Mir-Qasımın “Qisas almadan ölmə. Keçmişdən məktublar” bədii filmi “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyasının təşəbbüsü ilə Tel-Əviv şəhərində nümayiş olunacaq.

 

 

 

Mədəniyyət və Turizm Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, nazirliyin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınan ekran əsərinin İsraildəki nümayişdə iştirak etmək üçün rejissor İsrailə səfər edəcək.

 

Qeyd edək ki, filmin premyerası 2014-cü ilin fevralında keçirilib. Film XIX əsrin əvvəllərindən ölkəmizdə məskən salmış almanların 1941-ci ildə Orta Asiyaya deportasiya olunmasından bəhs edir. 1819-cu ildə Vürtemberq krallığından gələn almanlar Azərbaycanın qərbində, Gəncə yaxınlığında ilk koloniyanın - Helenendorf qəsəbəsinin (indiki Göygöl şəhəri) əsasını qoyurlar. Bir neçə nəsil dəyişir, almanlar yerli əhali ilə qaynayıb-qarışırlar. 1941-ci ildə Azərbaycanda yaşayan 20 minə yaxın alman Stalinin əmri ilə sürgün edilir.

 

 

Kinolentdə o dövrün hadisələri ilə yanaşı, müasir zaman da təsvir edilir. Çəkilişlər Bakıda, Göygöl rayonunda, Tbilisidə və Gürcüstanın Yuxarı Svanetiya bölgəsinin dağ kəndlərində, Almaniyanın Bukof şəhərində aparılıb.

 

Filmin ssenari müəllifi Oqtay Mir-Qasım, quruluşçu operatoru Nikolay İvasiv (Rusiya), quruluşçu rəssamı Vaja Calaqaniya (Gürcüstan), bəstəkarı Elmar Feldir (İsrail). Rollarda Ramiz Əzizbəyli, Ayan Mir-Qasım, Qurban İsmayılov, Bəxtiyar Xanızadə, almaniyalı aktyorlar Ulrix Rexenbax, Yekaterina Şmidt, gürcü aktyorlar Gia Caparidze, Levan Boçorişvili və başqaları çəkiliblər.

Tarix
13 İyul 2015 [21:32]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin