Ana səhifə
24 Sentyabr 2018

Əlillər Cəmiyyəti ADGTT-ya minnətdarlıq edib

Daha bir teatr mövsümü yekunlaşmaq üzrədir. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 87-ci mövsümü yeni maraqlı tamaşaları, həyata keçirdiyi layihələri, Beynəlxalq qastrol və festivalları, rejissor və aktyor yaradıcılıq mübadilələri ilə yadda qaldı.

 

 

Kimsəsiz körpələri, şəhid, veteran, əlil ailələrindən olan sağlamlıq imkanları məhdud uşaqları bayram və şənliklərdə diqqətdən kənar qoymayan teatr bu mövsüm də ənənəsinə sadiq qalmışdır.

Azərbaycan  Əlillər Cəmiyyəti Yasamal Rayon Təşkilatı, “Uşaqların Sağlam Gələcəyi” İctimai Birliyi, “Ümid işığında” Əlil uşaqlara yardım İctimai Birliyi, Veteranlar Şurası və digər qurumların nümayəndələri teatrın daimi izləyiciləri kimi hər il təmənnasız olaraq tamaşalarımızda iştirak edirlər.

 

Azərbaycan Əlillər Cəmiyyəti Yasamal Rayon Təşkilatı və digər qurumlardan teatra daxil olan təşəkkür məktublarında mütəmadi olaraq əlilliyi olan şəxslərin asudə vaxtının təşkilinə dəstək olaraq mədəni kütləvi tədbirlərdə iştirakını təmin etdiyinə görə teatrın rəhbərliyinə öz minnətdarlıqlarını bildirirlər.

 

Məlumat üçün bildirək ki, teatr özünün yeni – 88-ci  mövsümündə də belə layihələrin həyata keçirilməsini davam etdirəcəkdir. 

 

 

Xəyal

 

 

 

Tarix
13 İyul 2015 [14:59]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin