Tramp və administrasiyasına qarşı məhkəmə iddiası qaldırılıb

13:21 - 7 Fevral 2025 - DÜNYA

Amerika həmkarlar ittifaqları ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ləğvi ilə bağlı prezident Donald Tramp və onun administrasiyasının üzvlərinə qarşı məhkəmə iddiası qaldırıb.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Kolumbiya Dairə Məhkəməsində qaldırılan iddiada USAİD-in ləğvi ilə bağlı hərəkətlərin “qeyri-konstitusiya və qanunsuz” olduğu və Amerika liderinin “prezident səlahiyyətlərini aşdığı” iddia edilir.
Qeyd olunur ki, yalnız Konqres agentliyi ləğv edə və ya onun ABŞ Dövlət Departamenti ilə birləşməsinə qərar verə bilər.

Mətndə iddia olunur ki, Vaşinqton administrasiyasının qərarının nəticələri artıq fəlakətli xarakter alıb və “qlobal humanitar böhrana səbəb olub, USAİD əməkdaşlarının, qrant alanların və podratçıların kritik işini dayandırıb”.
Həmkarlar ittifaqı qrupu həmçinin bildirib ki, USAİD-in ləğvi ABŞ-ın milli təhlükəsizliyini təhlükə altına salacaq, minlərlə Amerika işinə başa gələcək və “qaçılmaz həyat itkisinə” səbəb ola bilər.

İddia ərizəsində Ağ Evdə oturandan başqa dövlət katibi Marko Rubio və maliyyə naziri Skott Bessentin də adı çəkilir.

Xəbər xətti