İspaniya La Liqasının prezidenti "Real Madrid"i tənqid edib

22:10 - 6 Fevral 2025 - İDMAN

İspaniya La Liqasının prezidenti Xavyer Tebas "Real Madrid"i hakimliklə bağlı şikayətlərə görə tənqid edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Marca nəşri yazıb.

"Madrid rəqabətə xələl gətirmək istəyir. Onlar araşdırılan Neqreyra işini səhv təhlil edirlər. "Real Madrid" zərər çəkdiklərini deyir, bu, şişirtmədir. Bəyanatın mətninə əsasən, məqsəd rəqabətə zərər verməkdir. Onlar dəli olublar" - Tebas deyib.

Bundan əvvəl "Real Madrid" İspaniya Kral Futbol Federasiyasına (RFEF) "Espanyol"la matçda hakimlikdən şikayət edərək, ispan hakimlik sisteminin tamamilə yenidən qurulmasını tələb etmiş və hakimləri "dəfələrlə kluba zərər verməkdə" ittiham etmişdi.

Xəbər xətti