10 dərəcəyədək şaxta olub - Faktiki hava

11:07 - 2 Fevral 2025 - ÖLKƏ İÇİ

Fevralın 2-si saat 10:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Ucnoqta.az-a verilən məlumata gğrə, fevralın 02-si saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Lakin Bakıda və Abşeron yarımadasında gecə saatlarında az çiskinli olub (0 mm).

Sumqayıt, Şəmkir, Xaltan, Yevlax, Sabirabad, Zərdab, İmişli, Cəfərxan, Neftçala, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 50-500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7, Aran rayonlarında 4 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 8, yüksək dağlıq ərazilərdə 10 dərəcəyədək şaxta qeydə alınıb.

Xəbər xətti