Ana səhifə
21 İyun 2018

Ruslan Abışov kariyerasını bitirə bilər -Biabırçılıq

Azərbaycan millisinin və "Qəbələ"nin futbolçusu Ruslan Abışovun millinin düşərgəsində zədələnməsi, adının siyahıdan çıxarılması və Xorvatiya ilə İtaliyaya qarşı matçları buraxacağı haqqında məlumat vermişdik.

 

 

"Ucnoqta.az" xəbər verir ki, Rekord.az-ın əldə etdiyi məlumata görə, sən demə, bu zədə milli komandalıq deyil.

 

Bizə ötürülən məlumata görə, sən demə Ruslanın ayağında 2 həftədir ki, ağrılar var idi. Deyilənə görə o, hətta, bununla bağlı klubun həkimlərinə də məlumat verib. Lakin ona zədənin o qədər də ciddi olmadığı və yüngül iynə ilə hər şeyin qaydasına düşəcəyini deyiblər. Nəticədə Abışov "Neftçi" və "Xəzər Lənkəran"a qarşı zədəli-zədəli oynayıb. Çempionatda yaranmış fasilədən sonra millinin düşərgəsinə gedərkən ağrılar daha da şiddətlənib və həkim müayinəsindən sonra məlum olub ki, futbolçunun zədəsi kifayət qədər ciddidir və təcili futbola ara verib müalicəyə başlamasa karyerasını da bitirə bilər. Hazırda futbolçu Bakıda müalicəyə başlayıb və onun nə zaman yaşıl meydançalara dönəcəyi məlum deyil.

 

Tarix
4 Oktyabr 2014 [14:09]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin