Ana səhifə
15 Noyabr 2018

Ermənistanda müavinətlər azaldılır

Ucnoqta.az” xəbər verir ki, Yerevanda Ermənistan hökumətinin binası qarşısında "Əmək qabiliyyətinin müvəqqəti itirilməsi haqqında" qanunla nəzərdə tutulmuş hamiləliyə görə maddi yardım sisteminə dəyişiklik edilməsinə qarşı etiraz aksiyası keçirilib. Trendin məlumatına görə, bu barədə “Panarmenian.net” yazır.

Dövlət İctimai Təminat Xidməti "Əmək qabiliyyətinin müvəqqəti itirilməsi haqqında" qanuna düzəliş layihəsi hazırlayıb. Həmin düzəlişlərdə "hamiləlik və doğum müavinəti" sözünün "analığa görə maddi yardım"la əvəz edilməsi təklif olunur.

Bununla yanaşı, fəalların sözlərinə görə, dəyişikliklər layihəsi 2015-ci ildən işləyən qadınlara əmək stajından asılı olaraq verilən müavinətin azaldılmasını nəzərdə tutur: “Biz işləməyən analara müavinətlərin verilməsini alqışlayırıq, amma bunun işləyən anaların hesabına edilməsini yox”.

Onlar hökumətə öz məktub-müraciətlərini təqdim edərək hakimiyyəti işləyən analar arasında doğum sayının ixtisarına, əmək fəaliyyətinə yararlı əhalinin miqrasiyasının artmasına, həmçinin sosial bərabərlik və gender hüquq bərabərliyi prinsiplərinin pozulmasına imkan yaradan belə dəyişikliklərin qəbulundan çəkinməyə çağırıblar.

 

Tarix
24 Oktyabr 2014 [12:43]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin