Ana səhifə
25 Sentyabr 2018

Gövhəri anasız, teatrımızı Xanımsız qoyan tale - FOTO

Bu gün Dövlət Musiqili Teatrının mərhum aktrisası, əməkdar artist Xanım Qafarovanın dünyasını dəyişməsindən bir il ötür. Anspress-in məlumatına görə, Türkiyədə aylarla müalicə alsa da, sonunda səhnəmizin Xanımı 11 iyul 2014-cü ildə uzun müddət mübarizə apardığı xərçəngə məğlub oldu.

 

 

 

Xanım Qafarova hamının onun sağalıb həyata qayıdacağına inandığı bir vaxtda dünyasını dəyişdi. Elə özünün də sağalacağına ümidləri artmışdı.

 

İstedadlı aktrisa Azərbaycan teatrını Xanımsız qoyduğu kimi, anasının adını daşıyan Gövhərini də anasız qoydu.

 

Xatırladaq ki, Xanım Qafarova 1967-ci ildə anadan olub. O, teatr və musiqi sənətlərinə erkən yaşlarından maraqlanıb, Ümumittifaq xalq yaradıcılığı festivallarının laureatı olub. Bir müddət xalq artisti Lütfi Məmmədbəyovun xalq teatrında məşğul olub, bu zaman "Bahar suları" əsərində Turac, "Mənim nəğməkar bibim"də Nəğməkar bibi, "Kişilər"də Səmayə, "Aydın"da Gültəkin, "Oqtay Eloğlu"nda Firəngiz, "Yad qızı"nda Nazan, "Mavi Mazurka"da Böyük Bibi və başqa tamaşalarda əsas rolları oynayıb.

 

1987-ci ildə İncəsənət İnstitutunun Musiqili Komediya fakültəsinə daxil olub, hələ ikinci kursda oxuyarkən "Tənqid-Təbliğ" teatrında işləməyə başlayıb. Burada o, R. Əhmədzadənin "92 dəqiqə gülüş" tamaşasında Balaxanım, "Hələlik"də Nisəxanım, Qənirə və Qoca arvad rollarını, Vaqif Səmədoğlunun "Uca dağ başında" əsərində Şənbə xanım və süpürgəçi qadın rollarını çox uğurla ifa edib.

 

1996-cı ildə Xanım Qafarova Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət alıb. Aktrisa "O olmasın bu olsun"da Gülnaz, "On min dollarlıq kef"də Bağdagül, "Nəğməli könül"də Könül, "Hərənin öz ulduzu"nda Məleykə, "Səhnədə məhəbbət"də Röya, "Bankir adaxlı"da Məleykə, "Məhəbbət oyunun"da Qəmər, "Dəli dünya"da , "Talelər qovuşanda" əsərində Sona, "Aldın payını, çağır dayını" tamaşasında xəbərçi Xədicə, "Şeytanın yubileyi"ndə Xəyalə kimi yaddaqalan obrazlar yaradaraq, özünə minlərlə pərəstişkar qazanıb.

 

O, 1997-ci ildə "Teatr sahəsində Nəsibə Zeynalova adına mükafat"a layiq görülüb. Xanım Qafarova 2003-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb.

 

Gözəl, güclü, məlahətli səsə malik olan Xanım Qafarova teatr fəaliyyəti ilə yanaşı, müntəzəm olaraq böyük konsert salonlarında, cəbhə bölgələrində, dövlət tədbirlərində, televiziya verilişlərində və tamaşalarında çıxışlar edib, paralel olaraq müğənnilik fəaliyyəti ilə də məşğul olub.

Aktirisa-müğənninin iki albomu, üç klipi tamaşaçılara təqdim olunub.

 

Prezident mükafatına layiq görülüb.

 

Allah rəhmət eləsin!

Tarix
11 İyul 2015 [17:26]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin