Ana səhifə
14 Noyabr 2018

Koreyalılar Bakıda metrostansiya tikmək istəyir

Cənubi Koreya şirkətləri Bakıda metro stansiyalarının tikintisində iştirak etmək istəyirlər.

 

Ucnoqta.az” ın xəbərinə görə, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev AzərTAc-a bildirib ki, Azərbaycanda səfərdə olan Cənubi Koreyanın torpaq, infrastruktur və nəqliyyat nazirinin müavini Kim Kyungsikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə səhmdar cəmiyyətdə görüş keçirilib.

QSC sədri Zaur Hüseynov Bakı Metropoliteni və onun gələcək perspektivləri, görüləcək işlər haqqında qonaqlara geniş məlumat verib.

K.Kyungsik Cənubi Koreya şirkətlərinin metro tikintisindəki təcrübəsi, digər ölkələrdə fəaliyyətləri barədə danışıb.

Görüşdə koreyalı qonaqlar Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemində nəzərdə tutulan stansiyaların inşasında iştirak etmək istədiklərini bildiriblər.

 

Tarix
24 Oktyabr 2014 [12:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin