Ana səhifə
19 Noyabr 2018

UEFA "Qarabağ"ın rəqibini cəzalandırdı

UEFA "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Dnepr"ə cəza tətbiq edib.

 

Ucnoqta.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə,  buna Ukrayna təmsilçisinin azarkeşlərinin Avropa Liqasının qrup mərhələsinin ilk turunda "İnter"lə matçda irqçi şüarlar səsləndirməsi və məşəl yandırması səbəb olub. Buna görə də "Dnepr"in növbəti - "Qarabağ"la matçında stadionun B 41 sektoruna azarkeş buraxılmayacaq. Bundan başqa, həmin sektora "Rasizmə yox" banneri yerləşdirəcək.

"Dnepr" həmçinin UEFA-ya 24 min avro cərimə ödəməli olacaq.

 

Qeyd edək ki, “Dnepr” - “Qarabağ” matçı oktyabrın 23-də keçiriləcək.

 

Tarix
4 Oktyabr 2014 [13:34]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin