Azərbaycan Mərkəzi Bankı 3 vəzifəli şəxsi cərimələyib

11:10 - 27 Dekabr 2024 - İQTİSADİYYAT

Azərbaycan Mərkəzi Bankı (AMB) "Nova Credit", "Azpul" və "Merkuri" MMC-lər bank olmayan kredit təşkilatlarının (BOKT) vəzifəli şəxslərini cərimə edib.

Ucnoqta.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində “Bank olmayan kredit təşkilatları haqqında” qanunun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq "Nova Credit"in vəzifəli şəxsi 1 500 manat, "Azpul"un vəzifəli şəxsi 4 500 manat, "Merkuril"nin vəzifəli şəxsi isə 1 500 manat cərimələnib.

Xəbər xətti