Ana səhifə
20 Noyabr 2018

Gələn il Bakıda Səhiyyə Mərkəzi yaradılacaq

“Gələn il Azərbaycan paytaxtında Səhiyyə Mərkəzi yaradılacaq”.

 

 

Ucnoqta.az” xəbər verir ki, bu barədə AzNews.az-a Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əlaqələr və informasiya şöbəsinin rəhbəri Cahangir Qocayev məlumat verib.

 

O bildirib ki, Böyük Bakının Regional İnkişaf Planında Heydər Əliyev prospektindən Koroğlu metro stansiyası istiqamətində Səhiyyə Mərkəzinin yaradılması nəzərdə tutulur.

C.Qocayev onu da qeyd edib ki, Böyük Bakının Regional İnkişaf Planında paytaxtda Mərkəzi Biznes rayonunun, Binəqədi və Sabunçuda alt-mərkəzlərin, Sumqayıt və Ələtdə urbanizasiya mərkəzlərinin, Lökbatan, Zığ, Səngəçal, Müşviqabad-28May, Novxanı, Maştağa, Şüvəlan, Türkan və Hövsanda lokal mərkəzlərin yaradılması da nəzərdə tutulur.

 

Komitə sözçüsü Baş Planın təsdiqlənəcəyi halda Ələtdə dairəvi yolun və məhdudlaşdırıcı zolağın salınacağını da vurğulayıb.

Tarix
24 Oktyabr 2014 [11:15]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin