Xəbər verdiyimiz kimi, Bakı-Qroznı reysini yerinə yetirən "Azərbaycan Hava Yolları"na məxsus "Embraer 190" təyyarəsi Aktau şəhəri yaxınlığında qəzaya düşüb. Təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub.
Ucnoqta.az "Embraer 190" təyyarəsi ilə bağlı bəzi məlumatları təqdim edir. Məlumata görə, təyyarə 2013-cü ildə Braziliyada istehsal olunub.
On ildən artıqdır ki, təyyarə Rusiyanın müxtəlif şəhərlərinə uçuşlar həyata keçirirdi. Daha əvvəl təyyarə ilə ciddi qəza hadisəsi baş verməyib.