"Aktau yaxınlığında təyyarə qəzası nəticəsində insanların faciəli şəkildə həlak olması xəbəri məni dərindən sarsıtdı".
Ucnoqta.az xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva təyyarə qəzası ilə bağlı rəsmi sosial şəbəkəsində paylaşım edib.
"Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara güc və səbir diləyirəm. Yaralananların tezliklə şəfa tapmasını arzulayıram. Uca Allah xalqımızı bütün bəlalardan və bədbəxtliklərdən qorusun!" - paylaşımda deyilir.