Ana səhifə
20 Sentyabr 2018

Salahlı-Poylu dəmir yolunda 7 km yol əsaslı təmir olunur +FOTO

Azərbaycan Respublikasinin Prezidenti İlham Əliyevin 6 iyul 2010-cu ildə imzaladığı "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” sərəncamı sürətlə icra olunur.

Ucnoqta.azxəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Dövlət Proqramının icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir işləri davam edir.

24 oktyabr 2014-cü ildə Salahlı-Poylu mənzilində 7 km yolun əsaslı təmirinə start verildi. Təmir işləri beş gün davam edəcək.

Əsaslı təmir işlərini həyata kecirən “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçiriri.

“Dəmiryolservis” MMC-nin baş mühəndisi Əfsələfddin Gəncəliyevin verdiyi məlumatda bildirilir ki, səhər saatlarında artiq 500 metr köhnə yol sökülüb.

Qeyd edək ki, «Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafina dair Dövlət Proqrami»nin icrasi çərçıvəsində 10 iyun 2011-ci ildə Tatli-Ağstafa sahəsinin 97-ci kilometrində start verilmiş, 10 dekabr 2013-cü ildə Ağstafa- Poylu mənzilində 317-cü kilometrin əsasli təmiri başa çatmışdır. Əsaslı təmir olunmuş 317 kilometr 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəzlənmişdir.

 

Tarix
24 Oktyabr 2014 [11:12]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin