Ürəyinizə, qan təzyiqinizə və bədən vəziyyətinizə nəzarət etmək üçün istifadə etdiyiniz ağıllı saatlarla diqqətli olun! Yeni bir araşdırma ağıllı saatların kimyəvi təhlükəsini üzə çıxarıb. Təfərrüatlar...
Ucnoqta.az xəbər verir ki, ABŞ-da aparılan bir araşdırma ağıllı saatların gizli təhlükəsini ortaya çıxarıb. Araşdırmada bəzi cihazlarda olan zərərli kimyəvi maddələrə diqqət çəkilib. Bu kimyəvi maddələr "əbədi kimyəvi maddələr" kimi tanınan PFAS (Perfluoroalkil və Polifluoroalkil Maddələri) qrupundan gəlir.
Tədqiqatlar bu təhlükəli maddələrin bəzi smart saatlarda və fitnes izləmə bilərziklərində tapıldığını ortaya çıxarıb.
Araşdırma çərçivəsində 22 fərqli qolbaq araşdırılıb. Bu qolbaqlardan 13-ü flüorlu elastomer materialdan hazırlanıb və onların hamısında PFAS kimyəvi maddələri aşkar edilib. Bundan əlavə, tərkibində ftor olmayan 9 qolbaqdan 2-də flüor aşkar edilib.
Bundan əlavə, bahalı qolbaqların kimyəvi tərkibinin daha yüksək olduğu müşahidə edilib. Kimyəvi maddələrin istehsal prosesində istifadə edilən üsullardan qaynaqlandığı düşünülsə də, bu maddələrin dəriyə nə qədər keçdiyi və uzun müddətdə sağlamlığa necə təsir edəcəyi hələ dəqiq bilinmir.