Çinlilər 707 at güclü super sedan satmağa başlayıblar: gözləniləndən ucuz.
Ucnoqta.az xəbər verir ki, Quançjouda keçirilən Nio tədbirində ET9 flaqman modelinin qiymət siyahısı açıqlanıb.
Başlanğıc qiyməti gözləniləndən 18% aşağı olub: super sedanı 660 min yuana (90,5 min dollar) almaq olar. Məhdud xüsusi versiya First Edition 788 min yuana (108 min dollar) başa gələcək.
Qiymətlərə batareyanın icarəsi daxildir; batareyanın qiyməti “əlavə” 30 min yuandır (dörd min dollar). Yeni məhsul bütövlükdə lüks modellər qalaktikasına meydan oxuyacaq.