Ana səhifə
18 Dekabr 2018

Dəhşət !!! Evdən görün nə qədər marixuana çıxdı -Azərbaycanda

DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları qanunsuz odlu silah və külli miqdarda narkotik maddə əldə edib saxlamaqda təqsirli bilinən şəxsi yaxalayıb. 

 

 

DİN-dən daxil olan məlumata görə, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Binəqədi rayon Xocahəsən qəsəbə sakini, 38 yaşlı Fuad Əsədullayevin yaşadığı evdən İtaliya istehsalı olan 1 ədəd Parad-117 markalı tapança səsboğucusu ilə birgə tapılaraq götürülüb. Saxlanılan şəxsin üstünə baxış zamanı narkotik maddə olan marixuana da aşkarlanıb. Əməliyyatçılar evdən həmçinin 6 kiloqramdan çox qurudulmuş marixuana da aşkarlayıblar. Fuad Əsədullayev ifadəsində bildirib ki, silahı bir neçə ildir əldə edib yaşadığı evdə gizlədib. Narkotik maddəni isə yay aylarında həyətdəki dibçəklərə əkərək becərib.

 

 

Faktlarla bağlı cinayət işi açılıb, əvvəllər də dəfələrlə məhkum olunmuş Fuad Əsədullayevin ətrafında əməliyyat istintaq tədbirləri davam etdirilir.

 

Tarix
4 Oktyabr 2014 [13:25]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin