ABŞ-ın Ohayo ştatının sakini 106 yaşını qeyd edib və ona bu qədər uzun yaşamağa nə kömək etdiyini açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə UPI yazıb.
Florens Hekman Kanadanın "Fireball" viskisini uzunömürlülüyün sirri adlandırıb. Qadın bu spirtli içkini o qədər sevir ki, brendin istehsalçıları bundan 2023-cü ildə xəbər tutublar. 105 illik yubileyində ona bir neçə şüşə viski veriblər.
Bundan əlavə, qadın həyata müsbət münasibətin uzunömürlülük müddətini artırdığına inanır. Özü də həmişə insanlarla yaxşı davranmağa və hər gün xoş anlar yaşamağa çalışır.
Heykman qocalar evində yaşayır, burada sakinlər arasında çoxlu dostları var.