Ana səhifə
17 Noyabr 2018

Masallı və ətraf rayonlarda sahibkara 531,5 min manat güzəştli kredit verilib

Verilmiş kreditlər əsasən, taxılçılıq, heyvandarlıq, arıçılıq və digər sahələrin inkişafına yönəldiləcək

 

 

 

Azərbaycan istiqlaliyyət əldə etdiyi vaxtdan bəri öz həyatını, dövlətini, iqtisadiyyatını, öz milli mənafelərini əsas tutaraq, demokratiya prinsipləri əsasında qurur. Bu da bütün iqtisadi sistemin ciddi şəkildə yenidən qurulmasını qarşıya bir şərt kimi qoyur. Bununla əlaqədar olaraq Azərbaycan azad iqtisadiyyat, bazar iqtisadiyyatı prinsipləri əsasında yenidənqurma strategiyasını elan edib və bu yolla gedir. Təbiidir ki, 70 il ərzində başqa sosial-iqtisadi sistem şəraitində yaşamış olan respublika üçün bu yol son dərəcə çətin və mürəkkəbdir. Lakin bununla yanaşı, bu iqtisadiyyatdakı çətinlikləri aradan qaldırmaq, sosial-iqtisadi böhrandan çıxmaq və Azərbaycanı dünya iqtisadi sisteminə qoşmaqdan ötrü iqtisadiyyatın inkişafını beynəlxalq standartlara müvafiq surətdə təmin etmək üçün yeganə yoldur. Azad iqtisadiyyat, bazar iqtisadiyyatı şəraitində ölkə iqtisadiyyatının inkişaf etdirilməsi istiqamətində görülən işlər bu gün öz nəticəsini verir. Artıq Azərbaycan bazar iqtisadiyyatı, azad sahibkarlıq yollarında çox böyük müvəffəqiyyətlər qazanıb. Minlərlə kiçik müəssisə, xarici firmalarla birlikdə çoxlu müştərək müəssisələr yaradılıb. Azad sahibkarlığa dövlət yardım fondu yaradılıb, digər tədbirlər görülüb. Ən başlıcası isə sahibkarlığın inkişafı, bazar iqtisadiyyatı prinsiplərinin bərqərar edilməsi üçün əməli şərait yaradılıb. Bu yolla irəliləyişi təmin etməkdən ötrü müəyyən hüquqi əsaslar da formalaşıb, "Sahibkarlıq haqqında" qanun qəbul edilib. Azərbaycan Respublikasının Milli Məclisi sahibkarlıq fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirib, sahibkarlığı, təşəbbüskarlığı fəallaşdırmaq, iqtisadiyyatımızı bazar iqtisadiyyatı yolu ilə inkişaf etdirmək üçün həm hüquqi zəmin, həm də müvafiq şərait yaratmaqdan ötrü bir sıra digər tədbirlər görülüb. Bununla yanaşı, dövlət tərəfindən müvafiq tədbirlər müəyyənləşdirilib. İqtisadiyyatı sərbəstləşdirmək və xüsusən xarici ticarəti sərbəstləşdirmək üçün şərait yaradılıb. Vergi sistemi sahəsində də azad sahibkarlıq üçün maksimum əlverişli şərait formalaşıb. Respublikamızda sahibkarlığın inkişafı mühüm dövlət siyasətinə çevrilib. Sahibkarlığın inkişafına mane olan yersiz yoxlamalar son dərəcə məhdudlaşdırılıb. Sahibkarları gərəksiz müdaxilələrdən himayə edən dövlət başçısı İlham Əliyev bu barədə deyib:"Dövlət strukturları yersiz yoxlamaları dayandırmalıdırlar. Buna ehtiyac yoxdur. Artıq Azərbaycanda iqtisadi islahatlar sahəsində bütün işlər görülüb. Biz şəffaflığa nail ola bilmişik. Şəffaflıq bizim üçün, iqtisadi inkişaf üçün və ümumiyyətlə, ölkəmizin inkişafı üçün mühüm əhəmiyyət daşıyır". Əlbəttə, dövlət başçısının uğurlu siyasətinə, cəsarətli mövqeyinə güvənib iş adamları da yeni qlobal layihələrin həyata keçirilməsinə təşəbbüskarlıq göstərir. Ölkəmizdə hər bir işgüzar insan, sağlam təfəkkürə və məntiqə güvənən iri və xırda sahibkarlar perspektivli iş strukturu yaradırlar, fəaliyyətlərini daha da genişləndirə bilirlər. Hər kəs məşğul olduğu sahədə geniş imkanlardan qədərincə, ən başlıcası isə şəffaflıq prinsiplərini qorumaqla faydalanır.

Aydındır ki, bunlarla birlikdə Azərbaycanın böyük iqtisadi potensialı, məhsuldar qüvvələri, əmək ehtiyatları, təbii sərvətləri ölkəmizin daha böyük uğurlar qazanmasına imkan verəcək. Azad sahibkarlığın inkişafı respublikanın bütün regionldarının inkişafında aparıcı rol oynayır. Masallı rayonu da bu sahədə böyük uğurlar qazanıb. Sənaye və kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan özəl müəssisələr və fermer təsərrüfatlarında yaradılıb. Buna uyğun da yeni iş yerləri yaradılıb. Aydındır ki,  bu müəssisələrin yaradılmasında müxtəlif maliyyə mənbələrinin vəsaitindən istifadə edilib. gün Sahibkarlığa Kömək Milli Fondu bu istiqamətdə önəmli işlər görüb. Məsələn, bu yaxınlarda Sahibkarlığa Kömək Milli Fondu Masallı rayonunun Sığıncaq kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib. İşgüzar forumun keçirilməsində məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilməsi, Masallıda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsidir.

70-dən çox sahibkarın iştirak etdiyi forum çərçivəsində Masallının iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl market”in, ət kəsimi, plastik qapı-pəncərə, üzlük daş istehsalı və meyvə emalı müəssisələrinin, istixana, cins heyvandarlıq, intensiv kartofçuluq və sitrus bağçılıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2015-ci ilin ötən dövrü ərzində 2 min 637 sahibkara 87 milyon manata yaxın güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 6 min 100-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilib ki, ümumilikdə, indiyədək Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2 min 400-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 100 milyon manatdan çox güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarı, cins heyvandarlıq komplekslərinin, quşçuluq fabriklərinin, çörək zavodlarının, meyvə-tərəvəz emalı, tikinti materialları, süfrə suları, mebel istehsalı müəssisələrinin, çayçılıq, üzümçülük, intensiv bağçılıq təsərrüfatlarının yaradılması və digər sahələr üzrə investisiya layihələri maliyyələşdirilib. 

İşgüzar forum çərçivəsində Masallı və ətraf rayonlarda fəaliyyət göstərən 69 sahibkara 531,5 min manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, taxılçılıq, heyvandarlıq, arıçılıq və digər sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 90-dan çox yeni iş yerinin açılması mümkün olacaq.

Forum çərçivəsində Masallı rayonunun Kolanı kəndində güzəştli kredit ayrılmış intensiv çayçılıq təsərrüfatına baxış keçirilib. Ümumilikdə, indiyədək çayçılığın inkişafı ilə bağlı 12 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 10,7 milyon manat güzəştli kredit verilib. Bu kreditlərin rellaşdırılması nəticəsində 480 yeni iş yeri açılıb. Aydındır ki, həyata keçirilən tədbirlər öz nəticəsini  verib..

 Qeyd edək ki, Masalı əsasən kənd təsərrüfatı məhsullarının istehsalı ilə seçilir. 210 mindən çox sakini olan Masallı rayonunda əhalinin 90 fizə qədəri kəndlərdə yaşayır və əkinçiliklə məşğul olurlar. Qeyri-neft sektorunun inkişafı, sahibkarlara münbit şəraitin yaradılması cənab Prezidentin qarşıya qoyduğu əsas vəzifələrdəndir. Bu proses çərçivəsində yuxarıda qeyd etdiyimiz kimi Sahibkarlığa Kömək Milli Fondu tərfindən rayonda olan sahibkarlara davamlı kreditlərin verilməsi və süni maneələrin aradan qaldırılması fəaliyyətimizin əsas istiqamətlərindəndir. Sahibkarlara hər cür kömək göstərmək və onları narahat edən problemlərin aradan qaldırılması üçün bütün imkanlardan istifadə edilir. Bunun nəticəsidir ki, 2015-ci ilin birinci rübündə rayonun kənd meşə balıqçılıq təsərrüfatında 14.7 milyon manatlıq məhsul istehsal edilib ki, bu da keçən ilin mavafiq dövrü ilə müqayisədə 689.7 min manat və ya 4.9 faiz çoxdur. Kənd təsərrüfatı müəssisələrində bir işçi üçün orta aylıq əmək haqqı 166 manat olub. 1 aprel 2015-ci il vəziyyətinə rayonda iri buynuzlu mal-qaranın baş sayı 73080 başa, xırda buynuzlu mal-qaranın baş sayı 82463 başa çatıb. Birinci rübdə süd istehsalı 12145 tona, ət istehsalı 1524.4 tona, yumurta istehsalı 193.25.000 ədədə çatmışdır ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur. Əsas istehsal özəl təsərrüfatlarda olub. Rayonda 11891 ha taxıl, 8143.5 ha buğda, 3747.5 ha arpa və 1370 ha dənlik vələmir əkini aparılıb. Bundan əlavə 1208 ha kartof, 66 ha bostan və 673 ha tərəvəz əkilib. Rüb ərzində Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında Masallı sahibkarlarının da iştirakı təmin edilib. Yarmarkaya 16.5 ton kartof, 7.5 ton soğan, 2 ton kələm, 1250 kiloqram süd məhsulları 17300 ədəd yumurta göndərilib. Eyni zamanda çayçılığın inkişaf etdirilməsi məqsədi ilə bu il 100 hektar sahədə ən yeni texnologiyaya əsaslanan çay plantasiyası salınması üçün hazırlıq işlərinə başlanıb. Həmin ərazidə yol, suvarma suyu, enerji infrastrukturunun yenidən qurulması nəzərdə tutulur. Yaxın gələcəkdə bu gəlirli sahənin rayonda ən azı 1400 hektara çatdırılmasına imkanlar vardır. Bu qədər yaşıl çay sahəsinin salınması idxaldan asılılığı azaltmaqla yanaşı, həm də ən azı 7000 iş yerinin yaradılmasına imkan verə bilər.

 Faraş tərəvəz, giləmeyvə və sitrus bitkiləri əkinlərinin genişləndirilməsi rayonda ən azı 5000 ton tərəvəz, 5000 ton sitrus meyvələrinin saxlama gücünə malik soyuducu anbarların, topdan və pərakəndə satış-ekspozisiya bazarının, habelə bu məhsulların ilkin emalı üçün müəssisəsinin tikilməsi zərurətini yaradıb. Tərəvəz əkini sahələrinin genişləndirilməsi, saxlama, çeşidləmə, qablaşdırma və nəqletmə kompleksinin qurulması ilə Masallının faraş tərəvəzinin təkcə yerli bazarlara deyil, böyük həcmdə qonşu ölkələrin bazarlarına da çıxarılmasına imkan yarana bilər. Bunlar isə azad sahibkarlığın rayonda inkişaf səviyyəsindən xəbər verir.

 

Tarix
8 İyul 2015 [19:51]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin