Ana səhifə
21 Noyabr 2018

Kukla Teatrında mövsümün son premyerası oldu

Ucnoqta.az-ın məlumatına görə, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı başa çatmaqda olan teatr mövsümündə balaca teatrsevərlərini mövsümə daha bir premyera ilə sevindirdi.

 

 

Belə ki,  iyulun 3-dən etibarən uşaqların sevimli məkanında bu dəfə dünya uşaq ədəbiyyatının görkəmli nümayəndələrindən fransız şairi və tənqidçisi Şarl Perronun “Çəkməli pişik” nağılı əsasında hazırlanan eyniadlı tamaşa balacaların görüşünə gəlib.

 

Teatrın rejissoru Anar Məmmədovun quruluşunda hazırlanan tamaşada ağ yalan və onun törədə biləcəyi fəsadlardan bəhs olunur.

 

Lovğalıq, xudpəsəndlik kimi mənfi xüsusiyyətlərin qəhrəmanların dilindən tənqid

edildiyi birhissəli kukla tamaşasının quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Əməkdar incəsənət xadimi Cahangir Zülfüqarovdur.

 

Səhnə əsərində əsas rolları Əməkdar artist Rəhman Rəhmanov, aktyorlar Tamilla Bünyatova, Rəhim Rəhimov, Cavid Telman, Rəhilə İbadova  və başqaları ifa edir.

Qeyd edək ki, teatr yeni mövsümünün açılışını da məhz bu tamaşa ilə edəcək.

 

Tarix
8 İyul 2015 [10:56]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin