Ana səhifə
17 Noyabr 2018

Azərbaycana qarşı 85 qərar qəbul olunub

Bu günə qədər Azərbaycana qarşı Avropa İnsan Haqları Məhkəməsində 85 qərar qəbul olunub. “Ucnoqta.azxəbər verir ki , bu barədə Ali Məhkəmənin sədri Ramiz Rzayev jurnalistlərə açıqlamasında deyib. 
 

 

O bildirib ki, Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür və 2000-ci ildən Avropa İnsan Haqları Məhkəməsi Azərbaycan üzrə işlərə baxır: “O vaxtdan oktyabr ayı da daxil olmaqla, 2014-cü ilə qədər Avropa İnsan Haqları Məhkəməsi tərəfindən Azərbaycan üzrə baxılan 85 işdə İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi üzrə Avropa Konvensiyanın pozulması müəyyən edilib. Elə ölkələr var ki, onlarla bağlı bir il ərzində 200-300 işə baxılır”.

R.Rzayev qeyd edib ki, 85 iş o qədər də çox deyil: “Azərbaycan bu istiqamətdə çalışır, seminarlar, treninqlər keçirilir. Biz bu 85 işin nədən ibarət olduğunu təhlil edirik. Ən çox pozuntu Konvensiyanın 6-cı maddəsi ilə əlaqədardır. Yəni məhkəməyə müraciət hüququ, məhkəmədə buraxılan nöqsanlar. Çünki məhkəmə sonuncu instansiya olduğuna görə, bütün icra qurumlarının da yol verdiyi səhvləri gərək məhkəmə düzəldə. Bir də 1-ci protokolun 1-ci maddəsi əsasən mülkiyyət hüququ ilə bağlıdır. Yəni problem əsasən bu iki istiqamətdədir”.(Trend)

 

Tarix
24 Oktyabr 2014 [10:51]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin